“STEAM Azerbaijan” təcrübə proqramı elan edib

26 Avqust, 2025 - 11:06
“STEAM Azerbaijan” təcrübə proqramı elan edib
“STEAM Azerbaijan” təcrübə proqramı elan edib

Texnologiya və innovasiyaya marağı olan gənclər üçün yeni təcrübə proqramına qeydiyyat başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, proqram gələcəyin mühəndislərini real layihələrdə iştirak etməyə, praktiki bacarıqlarını nümayiş etdirməyə və peşəkar inkişaf imkanı qazanmağa dəvət edir.

Kimlər müraciət edə bilərlər?
– “Maşın mühəndisliyi” üzrə III və IV kurs tələbələri;
– Elektronika üzrə nəzəri və praktiki biliklərə sahib gənclər;
– Arduino (C, C++) və mikroprosessor əsaslı layihələrlə işləmə bacarığı olanlar;
– SolidWorks, AutoCAD, Tinkercad proqramlarında 3D modelləşdirənlər;
– Sxem hazırlamaq, montaj və nasazlıq diaqnostikasında təcrübəli gənclər;
– Komandada işləməyi sevən və yaradıcı yanaşma qabiliyyəti olanlar;
– İngilis dili üzrə minimum B1 səviyyəsinə malik olanlar.

Proqram iştirakçılarını real və innovativ layihələrdə çalışma, elektronika və maşın mühəndisliyini birləşdirən işlərdə özünü sınamaq, peşəkar mentorların dəstəyi ilə inkişaf etmək, beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak imkanı kimi üstünlüklər gözləyir.

Müraciət üçün CV-nin cv@steam.edu.az elektron-poçt ünvanına göndərilməsi tələb olunur. 

Qeyd: Mövzu yerində “təcrübə proqramı” yazılmayan müraciətlərə baxılmayacaq.

Son qeydiyyat tarixi: 15 sentyabr 2025.