STK-da payız semestrinin imtahan sessiyasına start verilib

6 Yanvar, 2026 - 11:56
STK-da payız semestrinin imtahan sessiyasına start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində (STK) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, yanvarın 5-dən etibarən başlayan imtahanların gedişinə operativ nəzarətin təmin olunması və tələbələrin biliyinin obyektiv, şəffaf şəkildə qiymətləndirilməsi məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif yanaşmaların tətbiqi nəzərə alınaraq, imtahanlar test, yazılı və rəqəmsal formada təşkil olunur. Bu, tələbələrin bilik və bacarıqlarının daha dolğun və ədalətli qiymətləndirilməsinə xidmət edir.

Kollecin direktoru, professor Nasim Abışov imtahanların gedişini yerində izləyərək, tələbələrə uğurlar arzulayıb. Direktor qeyd edib ki, imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi üçün bütün texniki və təşkilati işlər əvvəlcədən planlaşdırılıb və lazımi şərait tam təmin olunub. Sessiya müddətində imtahan nəticələri ilə bağlı yarana biləcək müraciət və narazılıqların mövcud qaydalara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə İmtahan Qərargahı fəaliyyətini davam etdirəcək.