Sumqayıtda baş tutacaq hakatona qeydiyyat davam edir

15 Oktyabr, 2024 - 11:46

İnnovasiya sahəsində bacarıqlarını sınamaq istəyirsən? Sumqayıtda baş tutacaq bu unikal hakaton tam sənin üçündür!

26-27 oktyabr 2024 tarixlərində keçiriləcək 2 günlük bu tədbir, texnoloji yeniliklərə maraq göstərən gəncləri bir araya gətirir. İdeyanı inkişaf etdir, komandanda birləş, və hakaton çərçivəsində rəqabət apar!

Qalibləri cazibədar mükafatlar gözləyir:
🥇 1-ci yer: 3000 manat
🥈 2-ci yer: 1500 manat
🥉 3-cü yer: 500 manat

Tədbir SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilir. İştirakçılar ideyalarını reallaşdırma şansı qazanaraq Sumqayıtda innovasiya dalğasına qoşulacaqlar.

Son qeydiyyat tarixi: 24 oktyabr

📅 Tarix: 26-27 oktyabr 2024
📍 Məkan: Sumqayıt
📌 Qeydiyyat üçün: innostart.az