Tam orta məktəb layihəsi çərçivəsində monitorinq keçirilib

24 Noyabr, 2025 - 12:40
Tam orta məktəb layihəsi çərçivəsində monitorinq keçirilib
Tam orta məktəb layihəsi çərçivəsində monitorinq keçirilib
Tam orta məktəb layihəsi çərçivəsində monitorinq keçirilib
Tam orta məktəb layihəsi çərçivəsində monitorinq keçirilib

Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumtəhsil məktəblərinin X siniflərində blok fənləri üzrə monitorinq keçirilib.

BŞTİ-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, monitorinqin əsas məqsədi şagirdlərin seçdikləri təmayül istiqamətlərinə uyğun əldə etdikləri bilik və bacarıqlarının, fənlər üzrə nailiyyətlərinin qiymətləndirilməsi, həmçinin gələcək qəbul imtahanlarına hazırlıq səviyyələrinin müəyyənləşdirilməsindən ibarətdir.

Humanitar, texniki, təbiət və riyaziyyat-iqtisadiyyat istiqaməti üzrə təmayül siniflərdə həyata keçirilən monitorinq Dövlət İmtahan Mərkəzinin qəbul imtahanı modelinə uyğun olaraq bloklarda təqdim olunan fənlər üzrə aparılıb.

Hər sinif üzrə monitorinqin nəticələri təhlil edilərək müəllimlərə təqdim ediləcək və nəticələr əsasında zəruri təkmilləşdirilmələrin aparılması məqsədilə əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.