Tailandda təhsil üçün təqaüd proqramı elan edildi

18 Mart, 2026 - 15:24
Tailandda təhsil üçün təqaüd proqramı elan edildi

Tailand Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyi tərəfindən əcnəbi tələbələr üçün 2026–2027-ci tədris ili üzrə Tailand Təqaüdləri Proqramı elan olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Proqram çərçivəsində Tailandın müxtəlif ali təhsil müəssisələri tərəfindən əcnəbi tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri, eləcə də mübadilə və təlim proqramları üzrə təhsil almaq imkanı yaradan təqaüdlər təqdim olunur.

Müraciət üçün son tarixlər, tələb olunan sənədlər və təqaüd çərçivəsində qarşılanan xərclər hər bir ali təhsil müəssisəsinin daxili qaydalarına uyğun olaraq müəyyən edilir. Təqaüd proqramları və müraciət qaydaları barədə ətraflı məlumatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, proqramda iştirak etmək istəyən namizədlər müraciətlərini birbaşa müvafiq Tayland ali təhsil müəssisələrinə təqdim etməlidirlər.