Tədris proqramları və dərsliklərin gender ekspertizasının aparılması təklif edilir

5 Mart, 2026 - 09:46
Tədris proqramları və dərsliklərin gender ekspertizasının aparılması təklif edilir

“Qanunvericilikdə “cinsə görə ayrı-seçkilik” anlayışının dəqiq müəyyən edilməməsi hüquqların müdafiə mexanizmini natamam edir. Yaxşı olardı ki, müvafiq məcəlləyə və “Təhsil haqqında” Qanuna dəyişikliklər edilsin və dəyişikliklər beynəlxalq standartları nəzərə almalıdır”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Nazir müavini əlavə edib ki, əsas hüquqi maneə məsuliyyət boşluğudur: təhsil münasibətlərində cinsə görə ayrı-seçkilik müstəqil hüquq pozuntusu kimi ayrıca nəzərdə tutulmayıb:

“İnstitusional maneələrə tədris proqramları və dərsliklərin məcburi gender auditinin olmamasını göstərmək olar. Tədqiqatlar göstərir ki, təbiət və ictimai elmlər üzrə məktəb dərsliklərində gender stereotipləri mövcuddur.  Bütün tədris proqramları və dərsliklər üzrə gender ekspertizasının aparılması yaxşı olardı”.