Təsviri sənət üzrə qeydiyyatdan keçən abituriyentlərin NƏZƏRİNƏ
210, 211 və 212-ci komissiyalar üzrə Bakı şəhərində qabiliyyət imtahanı verən abituriyentlər buraxılış vərəqələrini buradan çap edə bilərlər.
"Azərbaycan müəllimi" xəbər verir ki, buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olunduqca cədvələ əlavə ediləcək.




