Tovuzda hadisə baş verən məktəbdə tədris bərpa olunub
Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub.
"Hazırda təhsil sektorunun nümayəndələri də məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır", - deyə cavabda qeyd olunub.



