Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib
İyulun 6-da Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, iclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorları iştirak ediblər.
İclas çərçivəsində Türkiyə–Azərbaycan Universitetinin illik hesabatı, eləcə də inkişaf perspektivləri müzakirə edilib.




