UNEC Özbəkistanla təhsil əlaqələrini genişləndirir
UNEC-in nümayəndə heyəti universitetlərarası əlaqələri genişləndirmək və yeni tərəfdaşlıq imkanlarını dəyərləndirmək məqsədilə Özbəkistan Bank-Maliyyə Akademiyasına işgüzar səfər edib.
UNEC-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, səfər çərçivəsində UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dos. Şaiq Əsgərov, Mühəndislik fakültəsinin dekanı, dos. Elçin Səmədov, Biznesin idarə edilməsi kafedrasının müdiri Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov və Ümumi şöbənin müdiri Mətanət Novruzova Özbəkistan Bank-Maliyyə Akademiyasının elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Məşhurbəy Cəlilov ilə görüş keçiriblər.
Görüşdə tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların təşkili, qısa və orta müddətli təlim proqramlarının hazırlanması, həmçinin akademik əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.


