UNEC tələbəsi badminton üzrə ölkə çempionu olub

22 Yanvar, 2025 - 17:29

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Mühasibat” ixtisası üzrə 4-cü kurs tələbəsi Rəvan Niftalıyev 50 illik fasilədən sonra yenidən Xankəndi şəhərində badminton üzrə keçirilən Azərbaycan çempionatının qalibi olub.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda R.Niftalıyev badminton idman növü üzrə I yeri qazanıb.