“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib

26 May, 2026 - 16:28
“Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib

Mayın 26-da ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının seçim turu keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində keçirilən olimpiadanın seçim mərhələsində respublikanın müxtəlif ali təhsil müəssisələrini təmsil edən 352 tələbə iştirak edib. İştirakçılar vergi sistemi və vergi qanunvericiliyi üzrə hazırlanmış test suallarını cavablandırıblar. 

Seçim turunun nəticələrinə əsasən 50-dən yuxarı ən yüksək nəticə göstərən tələbələr final mərhələsinə vəsiqə qazanıblar. Final mərhələsinin iyunun 12-14 tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, vergi sahəsinə marağın artırılması, həmçinin bu istiqamətdə bilik və bacarıqların inkişaf etdirilməsidir.