Xalq Təhsili Muzeyində Qori Müəllimlər Seminariyasının 150 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib

10 Sentyabr, 2026 - 14:29
Xalq Təhsili Muzeyində Qori Müəllimlər Seminariyasının 150 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib

10 sentyabr 2026-cı il tarixdə Xalq Təhsili Muzeyinin və “NG Creators Club” un birgə təşkilatçılığı ilə Qori Müəllimlər Seminariyasının 150 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə “NG Creators Club”un yaradıcısı N.Əliyev, Ü.Hacıbəyli, N.Nərimanov və C.Məmmədquluzadə Ev - Muzeylərinin direktor və elmi işçiləri, ADPU-nun professor - müəllim heyəti, Xalq Təhsili Muzeyinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Muzeyin direktoru Z.Şiriyeva açaraq pedaqoji kadrların hazırlığında və mütərəqqi ideyaların təbliğində xüsusi rol oynamış Qori Müəllimlər Seminariyası və onun məzunlarının fəaliyyətindən bəhs edib. Sonra muzeyin baş fond mühafizəçisi A.Nəsirovanın və böyük elmi işçisi Z.Orucovanın təqdimatında məruzələr dinlənilib və fotoslayd nümayiş etdirilib. Tədbirdə ADPU-nun Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri, Əməkdar müəllim M.İlyasov, Pedaqogika və Sosial Elmlər Akademiyasının akademiki H.Bayramov, ADPU-nun Ümumi pedaqogika kafedrasının dosenti, Ü.Hacıbəyli irsinin tədqiqatçısı S.Orucova, C.Məmmədquluzadə Ev - Muzeyinin direktoru Y.Məmmədova, N.Nərimanov Ev - Muzeyinin direktoru L.Hüseynova, Ü.Hacıbəyli Ev - Muzeyinin baş elmi işçisi S.Heydərova, elmi işçi T.Həsənova çıxış edərək Qori Müəllimlər Seminariyası və Azərbaycan bölməsində tətbiq olunan təlim prinsipləri və metodlarına, iş təcrübəsinə və məzunlarının maarifçilik fəaliyyətinə dair məlumatları bölüşüblər. Sonra “NG Creators Club” un direktoru N.Əliyevin Bakı şəhəri 44 saylı məktəbin məzunu, ixtiraçı-yazıçı, TRİZ-in (İxtira məsələlərinin həlli nəzəriyyəsi) yaradıcısı Genrix Altşüllerin metodologiyasına istinadən A.O.Çernyayevskinin pedaqoji görüşlərini müqayisəli aspektdən izahlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda qonaqlar Xalq Təhsili Muzeyinin ekspozisiyası ilə tanış olublar.

 
 
 
 

Xalq Təhsili Muzeyində Qori Müəllimlər Seminariyasının 150 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib
Xalq Təhsili Muzeyində Qori Müəllimlər Seminariyasının 150 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib