Xaricdə təhsil alan 406 məzun əmək fəaliyyətinə başlayıb – Turan Topalova

28 Yanvar, 2026 - 16:03
Xaricdə təhsil alan 406 məzun əmək fəaliyyətinə başlayıb

"Hazırda Dövlət Proqramı çərçivəsində təhsil alan 406 nəfər məzun artıq təhsillərini uğurla başa vuraraq ölkəmizə qayıdıb. Onlar dövlət və özəl sektor, eləcə də akademik və tədqiqat müəssisələrində əmək fəaliyyətinə başlayıblar".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova AZƏRTAC-a müsahibəsində söyləyib.

O bildirib ki, Dövlət Proqramının icra edildiyi müddət ərzində 1752 tələbə seçim turlarında uğur qazanaraq xaricdə təhsil almaq hüququ əldə edib. Bununla yanaşı, 2025/2026-cı tədris ili üzrə proqram çərçivəsində 500 nəfər proqram iştirakçısı seçilib.