Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək

8 Oktyabr, 2026 - 15:19
Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə hazırlanan və 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrində ilk dəfə tətbiq olunan yeni nəsil dərsliklərin (8 adda) məzmunu və tədrisi metodikasında müasir yanaşmalara dair canlı vebinarlar keçiriləcək.

ARTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, vebinarların keçirilməsində məqsəd hər fənn üzrə dərslik müəllifləri ilə müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Təşkil olunacaq bu onlayn seminarlarda yeni nəsil dərsliklərin məzmunu və tədrisi metodikası ilə bağlı müəllimləri maraqlandıran məsələlərin müzakirəsi, sualların cavablandırılması nəzərdə tutulur.

Qeyd edək ki, vebinarlar ARTİ-nin “Facebook” səhifəsində canlı yayımlanacaq.

Yeni nəsil dərsliklərlə bağlı canlı vebinarlar keçiriləcək