Yeni tədris ilində Bakı metrosunda əlavə tənzimləmələr aparıla bilər
Yeni tədris ilində Bakı metrosunda bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb
Metropolitenin məlumatına görə, texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir:
Qırmızı xətt: Sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.
Yaşıl xətt: Zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.
Bənövşəyi xətt: Payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.




