“Yüksəliş”in 80-ə yaxın qalibi yüksək vəzifələrdə çalışır 

6 Mart, 2026 - 12:34
“Yüksəliş”in 80-ə yaxın qalibi yüksək vəzifələrdə çalışır 

“Yüksəliş”in qalibləri arasından 80-ə yaxın şəxs yüksək vəzifələrdə çalışır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün VI “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin start verilməsi və müsabiqə barədə baş verən yeniliklər ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən beş mövsüm ərzində 1111 nəfər “Yüksəliş” müsabiqəsinin bütün mövsümlərində təkrar iştirak edib:
“23 min 804 nəfər müsabiqədə yalnız bir dəfə iştirak edib. 7718 nəfər iki dəfə, 4430 nəfər üç dəfə müsabiqəyə qatılıb. 2473 nəfər dörd dəfə iştirak edən namizədlər arasında yer alıb”.