1300-dən çox namizəd MİQ üzrə vakansiya seçimində uğur qazanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə “Azərbaycan müəllimi”nə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.



