132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

10 Oktyabr, 2024 - 15:25

Oktyabrın 9-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

“Azərbaycan müəllimi”  xəbər verir ki, Aygün Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2015-ci illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

Aygün Mikayılova özü də 132-134 nömrəli Təhsil Kompleksinin məzunu olub.

Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.