2027-ci ilin qəbul imtahanlarının proqramları AÇIQLANDI
2027-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan və rus dillərində) açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)
2. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)
Qeyd 1. 2027-ci il qəbul imtahanlarında 2026-cı ildəki imtahan modeli tətbiq olunacaq. Test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən, seçim, hesablama və uyğunluğu müəyyən etmək) tipli, həmçinin I ixtisas qrupu üzrə riyaziyyat, fizika, kimya və informatika fənlərindən 3 açıq tipli cavabı yazı ilə ifadə olunan sərbəst tapşırıq daxil ediləcək. Riyaziyyat fənnindən 1 tapşırıq isbata aid olacaq.
II ixtisas qrupunda riyaziyyat, II və III ixtisas qruplarında coğrafiya, IV ixtisas qrupunda fizika, kimya, biologiya fənlərindən situasiyaya, III ixtisas qrupunda Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənlərindən mətnə, II və III ixtisas qruplarında tarix fənnindən isə mənbəyə aid 3 açıq tipli cavabı yazı ilə ifadə olunan tapşırıqdan istifadə ediləcək.
Qeyd 2. Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlardan isə orta məktəbdə öyrənilənlərin təkrarında istifadə edilə bilər.
Qeyd 3. Bir neçə ildir ki, ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələ ki bu fənlərdən builki abituriyentlərin həmin siniflərdə keçdikləri mövzular qalır. İmtahana hazırlaşanlara köməklik baxımından o mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar:
- Fizika (Azərbaycan bölməsi)
- Fizika (Rus bölməsi)
- Biologiya (Azərbaycan bölməsi)
- Biologiya (Rus bölməsi)
Qeyd 4. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq qəbul imtahanı proqramında saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Qeyd 5. Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnindən 7-ci, kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiya fənnindən isə 6, 7 və 8-ci siniflərdə yeni kurikulum standartları əsasında hazırlanmış dərsliklər istifadəyə verilmişdir. Bu dərsliklər məzmun və terminlərin işlənməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Proqramlarda bu dərsliklərin materialları nəzərə alınmayıb, çünki hazırda 11-ci sinifdə təhsilalanlar həmin dərslikləri keçməyiblər. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək.
Həmin materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
- Azərbaycan dili (tədris dili, 7)
- Coğrafiya (Azərbaycan bölməsi, 6)
- Coğrafiya (Rus bölməsi, 6)
- Coğrafiya (Azərbaycan bölməsi, 7)
- Coğrafiya (Rus bölməsi, 7)
- Fizika (Azərbaycan bölməsi, 7)
- Fizika (Rus bölməsi, 7)
- Biologiya (Azərbaycan bölməsi, 7)
- Biologiya (Rus bölməsi, 7)
- Kimya (Azərbaycan bölməsi, 7)
- Kimya (Rus bölməsi, 7)
- Fizika (Azərbaycan bölməsi, 8)
- Fizika (Rus bölməsi, 8)
- Biologiya (Azərbaycan bölməsi, 8)
- Biologiya (Rus bölməsi, 8)
- Kimya (Azərbaycan bölməsi, 8)
- Kimya (Rus bölməsi, 8)
- Coğrafiya (Azərbaycan bölməsi, 8)
- Coğrafiya (Rus bölməsi, 8)
- Fizika (Azərbaycan bölməsi, 9)
- Fizika (Rus bölməsi, 9)
- Biologiya (Azərbaycan bölməsi, 9)
- Biologiya (Rus bölməsi, 9)
- Kimya (Azərbaycan bölməsi, 9)
- Kimya (Rus bölməsi, 9)
Qeyd 6. Respublikanın ümumtəhsil müəssisələrinin 6 və 7-ci sinifləri üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri məzmun baxımından əvvəlki nəşrlərdən müəyyən qədər fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Qeyd etmək lazımdırki, cari il məzunları 6-cı sinifdə təhsil alarkən “Ümumi tarix” fənnindən variativ dərsliklər qüvvədə olmuşdur. Nəticədə şagirdlərin müəyyən qismi başqa bir dərslikdən, digər qismi isə ayrı bir dərslikdən istifadə etməli olmuşdur. Proqramda müvafiq mövzulara dair tapşırıqlar tərtib edilərkən hər iki nəşrdə üst-üstə düşən materiallara istinad ediləcək. Həmin materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
- Azərbaycan tarixi (Azərbaycan bölməsi, 6)
- Azərbaycan tarixi (Rus bölməsi, 6)
- Azərbaycan tarixi (Azərbaycan bölməsi, 7)
- Azərbaycan tarixi (Rus bölməsi, 7)
- Ümumi tarix (Azərbaycan bölməsi, 6)
- Ümumi tarix (Rus bölməsi, 6)
- Ümumi tarix (Azərbaycan bölməsi, 7)
- Ümumi tarix (Rus bölməsi, 7)
Qeyd 7. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün bu sinif üzrə tapşırıqlar həmin dərsliklərdəki nəzəri materiallar əsasında olacaq.
Qeyd 8. Qəbul imtahanlarında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C. Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ. Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.
Qeyd 9. Qəbul imtahanlarında respublikanın ümumtəhsil müəssisələrinin 6 və 7-ci sinifləri üçün ədəbiyyat fənni üzrə dərsliklərin əvvəlki nəşrlərində olan “Xan sarayı” əfsanəsi, “Ağıllı uşaq” nağılı, N. Gəncəvinin “Yaralı bir uşağın dastanı”, S. Əhmədlinin “Dərs”, Z. Xəlilin “Zeynalabdin”, İ.Krılovun “Ağac”, “Çahargah əfsanəsi”, “Düratın itməyi qolu” (“Koroğlu” dastanından), “Basatın Təpəgözü öldürdüyü boy” (“Kitabi-Dədə Qorqud” dastanından), “Dərzi şagirdi Əhməd”, “Durna teli” (“Koroğlu” dastanından), Abbasqulu ağa Bakıxanovun “Hikmətin fəziləti”, Çingiz Aytmatovun “Manqurt” (“Gün var əsrə bərabər” əsərindən), Hikmət Ziyanın “Kərgədan və Qarışqa”, Süleyman Sani Axundovun “Nurəddin”, Mir Cəlalın “Bahar” (“Bir gəncin manifesti” əsərindən) əsərləri üzrə tapşırıqlardan da istifadə olunacaq. Həmin əsərlərlə buradan tanış olmaq olar.
Qeyd 10. В текущем учебном году в общеобразовательных учреждениях Республики используются новые учебники по предмету Литература для 6, 7 и 8 классов. Эти учебники по своему содержанию совершенно отличаются от предыдущих изданий и не были пройдены учащимися нынешних 11-х классов. Данный материал не был включён в программу для вступительных экзаменов, а новые издания указанных учебников не были включены в список литературы. На экзаменах будут использоваться задания по произведениям из предыдущих изданий данных учебников (Дастаны “Китаби-Деде Горгуд” (песнь первая), “Стамбульский поход Кёроглу”, С. Вургун. “Азербайджан”, М. Мушфиг. Стихотворение “Ветры”, Анар. Рассказ “Последняя ночь уходящего года”, И.А. Крылов. Басня “Зеркало и обезьяна”, А.С. Пушкин. Стихотворение “Осень”, М.Ю. Лермонтов. Стихотворение “Бородино”, А.П. Чехов. Рассказы “Толстый и тонкий”, “Хамелеон”, К.Г. Паустовский. Рассказ “Телеграмма”, С.В. Михалков. Басня “Ошибка”, О.Генри. Новелла “Дары волхвов”). Ознакомиться с этими произведениями можно здесь.
Qeyd 11. Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.




