29 mindən çox abituriyent və subbakalavr kəsiləcək- İxtisas seçimi yekunlaşdı

20 Avqust, 2026 - 16:14
29 mindən çox abituriyent və subbakalavr kəsiləcək- İxtisas seçimi yekunlaşdı

“I ixtisas qrupu RK alt qrupu üzrə 12710 plan yeri uğrunda 12622, Rİ alt qrupunda isə 7440 plan yeri uğrunda 10999 abituriyent mübarizə aparır.
Ümumilikdə 20150 plan yeri üzrə 28924 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 8774 abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə təhsil mütəxəssisi Elçin Əfəndi sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, II ixtisas qrupu üzrə 16030 plan yeri uğrunda 13944 abituriyent mübarizə aparır:
“20783 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, II ixtisas qrupu üzrə faktiki olaraq 4753 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

III ixtisas qrupu DT alt qrupu üzrə 13373 plan yeri uğrunda 24653, TC alt qrupunda isə 2180 plan yeri uğrunda 11142 abituriyent mübarizə aparır.
Ümumilikdə 15553 plan yeri üzrə 23579 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, III ixtisas qrupu üzrə faktiki olaraq 8026 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

IV ixtisas qrupu üzrə 5048 plan yeri uğrunda 5419 abituriyent mübarizə aparır.
6746 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, IV ixtisas qrupu üzrə faktiki olaraq 1698 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək.

V ixtisas qrupu üzrə 4735 plan yeri uğrunda 10840-dan çox abituriyent mübarizə aparır.
10840 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib.
Bu isə o deməkdir ki, V ixtisas qrupu üzrə faktiki olaraq 6105 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək”.

Ekspert qeyd edib ki, nəticələrin qarşıdakı 4-5 gün ərzində elan olunması gözlənilir:
“I tur müsabiqədə təxminən 29356 nəfərdən çox abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək.
I tur müsabiqədən keçə bilməyənlər II turda boş qalan yerlər olarsa, müsabiqədə iştirak edə biləcəklər. Onlar həmçinin eyni zamanda 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinin (kolleclərin) də müsabiqəsində iştirak edə biləcəklər”.