301 nömrəli məktəbə direktor təyin olunub
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə direktor təyin edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu vəzifə Ruhiyyə Vaqif qızı İmanovaya verilib.
Qeyd edək ki, həmin məktəbin daha öncəki direktoru müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən azad edilmişdi.



