347 gənc Böyük Britaniyada dövlət hesabına təhsil alacaq
Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 347 azərbaycanlı gənc Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, onların bəziləri dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.
Proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:
- London Universitet Kolleci (University College London – UCL) – 71 nəfər
- Edinburq Universiteti (University of Edinburgh) – 53 nəfər
- Mançester Universiteti (University of Manchester) – 26 nəfər
- London İmperial Kolleci (Imperial College London) – 24 nəfər
- Uorvik Universiteti (University of Warwick) – 21 nəfər
- Qlazqo Universiteti (University of Glasgow) – 21 nəfər
- Şeffild Universiteti (University of Sheffield) – 32 nəfər
- London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (London School of Economics and Political Science – LSE) – 12 nəfər
- London Kral Kolleci (King’s College London) – 13 nəfər
- Birmingem Universiteti (University of Birmingham) – 18 nəfər
- Kembric Universiteti (University of Cambridge) – 9 nəfər
- London Kraliça Meri Universiteti (Queen Mary University of London) – 8 nəfər
- Bristol Universiteti (University of Bristol) – 6 nəfər
Ümumilikdə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində 500 gənc dünyanın nüfuzlu universitetlərində bakalavr və magistr təhsili alacaq.



