Bu il Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görülüb

25 Dekabr, 2025 - 14:44
Bu il Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görülüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrini 2025-ci ildə 52 məzun qızıl və gümüş nişanla başa vurub.

Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.