55 mindən çox müəllim sertifikatlaşdırmaya görə maaşına əlavə alır
Azərbaycanda 2022-2024-cü illərdə həyata keçirilən sertifikatlaşdırılmadan sonra ümumilikdə 55 510 müəllimin əməkhaqqına əlavələr edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, sertifikatlaşdırılmada yüksək nəticə göstərən 17 426 nəfər müəllim əməkhaqqına 35% əlavə alır. Sertifikatlaşdırılmada qənaətbəxş nəticə göstərən 38 084 nəfər müəllimin əməkhaqqına aldığı əlavənin faizi 10-dur.



