55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 İyul, 2025 - 15:45
55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib
55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesinə 8 iyul tarixindən start verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib. 

O qeyd edib ki, valideynlər məktəbəqəbul.edu.az platformasında daxil olaraq sorğularını yerləşdirə bilirlər. Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir. İndiyədək 55 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-na qədər davam edəcək.