6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 May, 2025 - 21:58
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub
6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanında iştirakı nəzərdə tutulan 53649 nəfərdən 447 nəfər imtahana gəlməyib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.