7-ci sinif “Azərbaycan tarixi” dərsliyi asanlaşdırılıb: Dil və üslub yenilənib 

28 Avqust, 2026 - 15:14
7-ci sinif “Azərbaycan tarixi” dərsliyi asanlaşdırılıb: Dil və üslub yenilənib 

“2024-cü ildən etibarən Azərbaycan tarixi fənni üzrə dərsliklərin yenilənməsinə start verilmiş, cari ildə yeni “Azərbaycan tarixi 7” dərsliyi hazırlanıb.

 
“Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən bildirilib ki, dərsliyin hazırlanması zamanı məzmunun elmi və metodiki baxımdan təkmilləşdirilməsi ilə yanaşı, dil-üslub cəhətdən daha aydın, şagirdlərin yaş səviyyəsinə uyğun olmasına xüsusi diqqət yetirilib. Bu yanaşma həm fənnin mənimsənilməsinin asanlaşdırılmasına, həm də Azərbaycan dilində tarixi terminologiyanın şagirdlər tərəfindən daha sistemli mənimsənilməsinə xidmət edir.