“80-dən artıq qalibin karyera yüksəlişi olub” - Fərhad Hacıyev

17 Aprel, 2026 - 12:44
“80-dən artıq qalibin karyera yüksəlişi olub”

“Yüksəliş” müsabiqəsinin kadr ehtiyatı bankında hazırda 8000-ə yaxın şəxs haqqında məlumat var”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün təşkil edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, platformadan istifadə etmək məqsədilə dövlət və özəl sektor nümayəndələri üçün təlimlər təşkil olunub: “Platforma bizimlə əməkdaşlıq edən işəgötürənlər üçün açıqdır. Dövlət, xüsusilə də özəl sektor nümayəndələri bu platformadan yararlanırlar. Müsabiqədən sonra 80-dən artıq qalibimizin karyera yüksəlişi olub”.