ADA-nın dekanı: Müəllimlərin karyera inkişafı mexanizmləri gücləndirilməlidir

30 Oktyabr, 2025 - 17:00
30 Oktyabr, 2025 - 17:40
 0  16
ADA-nın dekanı: Müəllimlərin karyera inkişafı mexanizmləri gücləndirilməlidir

“Məktəb, valideyn və icma arasında qarşılıqlı əməkdaşlıq modeli hələ istənilən səviyyədə deyil”.

Bunu “Azərbaycan müəllimi”nə ADA Universitetinin Təhsil fakültəsinin dekanı Ülviyyə Mikayılova deyib.

O qeyd edib ki, ictimai dövlət idarəetmə modelinə keçid təmin edilməlidir.

Ülviyyə Mikayılova əlavə edib ki, müəllimlərin yalnız maddi stimullaşdırılması deyil, həm də karyera inkişafı mexanizmlərinin gücləndirilməsi vacibdir:

“Hazırda müəllim pensiyaya qədər eyni statusda qalır. Amma bir çox ölkələrdə mərhələli karyera sistemi tətbiq edilir və bu, müəllimləri daha çox inkişaf etməyə həvəsləndirir”.