ADAU “UI GreenMetric 2025” reytinqində maddi-texniki baza üzrə ölkə birincisi olub
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “UI GreenMetric 2025” reytinqində infrastruktur və maddi texniki baza üzrə 1000 xal yığaraq ölkə birincisi olub.
ADAU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, universitet 105 ölkədən 1745 universitet arasında 4520 xal alaraq 1174-cü, ölkə üzrə isə 19 ali təhsil müəssisəsi arasından 13-cü yerdə qərarlaşıb.
Reytinq infrastruktur və maddi texniki baza, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, sudan səmərəli istifadə, ekoloji təmiz nəqliyyat, davamlı təhsil və tədqiqat meyarları ilə qiymətləndirilib.
Qeyd edək ki, reytinq 105 ölkədən 1 745 universitetin davamlılıq göstəricilərini qiymətləndirir.


