ADMİU-da QS beynəlxalq reytinq müzakirəsi keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "QS Subject Rankings – Performing Arts" üzrə aparılan hazırlıq işləri çərçivəsində növbəti işgüzar görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə beynəlxalq əlaqələr üzrə prorektor Sevil Kərimova və prorektorluğun əməkdaşları, “ƏSA” Teatrının direktoru və bədii rəhbəri Nihad Qulamzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət “Yuğ” Teatrının Yaradıcılıq şöbəsinin müdiri Elçin Cəfərov iştirak ediblər.
Görüş zamanı universitetin "QS Subject Rankings – Performing Arts" reytinqində mövqeyinin gücləndirilməsinə istiqamətlənmiş strateji fəaliyyət planı nəzərdən keçirilib. Həmçinin ölkənin müxtəlif teatrları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.




