ADNSU 4 yeni bakalavr ixtisasına qəbul aparacaq
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2026/2027-ci tədris ilindən etibarən yeni bakalavr proqramlarına qəbul elan olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, yeni proqramlar aşağıdakı elm sahələrini əhatə edir:
- Biotexnologiya,
- Kimya,
- Fizika,
- Riyaziyyat.
Tədrisin ingilis dilində aparılması nəzərdə tutulub.


