ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib

31 İyul, 2026 - 09:30
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib

İyulun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) abituriyentlər üçün "Açıq qapı" günü təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə abituriyentlər və onların valideynləri olmaqla ümumilikdə 350 nəfər iştirak edib.

ADNSU-nun akt zalında keçirilən tədbir universitetin infrastrukturu, təhsil imkanları və kampus həyatını əks etdirən tanıtım videoçarxının nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin son illərdə həyata keçirdiyi inkişaf strategiyası, tədrisin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq imkanları və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı barədə məlumat verib.

Rüfət Əzizov bildirib ki, ADNSU-nun əsas hədəflərindən biri tələbələrə yalnız nəzəri biliklər vermək deyil, həm də onların müasir əmək bazarında tələb olunan praktiki, rəqəmsal və peşəkar bacarıqlara yiyələnməsini təmin etməkdir. Rektor universitetdə tədris proqramlarının yeniləndiyini, yeni ixtisas istiqamətlərinin yaradıldığını, laboratoriya və tədqiqat infrastrukturunun inkişaf etdirildiyini diqqətə çatdırıb.

Rektor ADNSU-nun beynəlxalq reytinqlərdə əldə etdiyi nəticələrdən də danışıb. Qeyd edib ki, universitet “QS World University Rankings 2027” reytinqində ötənilki 851–900-cü yer aralığından 711–720-ci yer aralığına yüksələrək təxminən 180 pillə irəliləyib. ADNSU, həmçinin “THE Sustainability Impact Ratings 2026” reytinqində 1501+ diapazonundan 601–800 diapazonuna yüksəlib.

Çıxış zamanı abituriyentlərə təqdim olunan beynəlxalq təhsil imkanlarına da toxunulub. Bildirilib ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın məzunları ADNSU ilə yanaşı, Fransanın Strasburq Universitetinin də əldə edirlər. Neft-qazmühəndisliyi ixtisasının tələbələrinə isə Renn Universitetinindiplomu təqdim olunur.

Rektor, həmçinin ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında həyata keçirilən “Bərpa olunan enerji” ixtisası üzrə magistratura səviyyəli ikili diplom proqramı barədə məlumat verərək tələbələrin beynəlxalq akademik təcrübə əldəetmələri üçün yaradılan imkanlardan danışıb.

Rüfət Əzizov abituriyentlərə ixtisas seçərkən yalnız keçid ballarını deyil, öz maraqlarını, bacarıqlarını və gələcək karyera əqsədlərini də nəzərə almağı tövsiyə edib. O vurğulayıb ki, düzgün ixtisas seçimi gənclərin gələcək peşəkar inkişafında mühüm rol oynayır.

Tədbirin sual-cavab hissəsində abituriyentlər və valideynlər universitetə qəbul, tədris dilləri, yeni ixtisaslar, ikili diplom proqramları, akademik mobillik, xaricdə təhsil, təqaüd imkanları, istehsalat təcrübəsi və məzunların işlə təmin olunması ilə bağlı suallar ünvanlayıblar.

İştirakçıları, xüsusilə, “ADNSU-ya qəbul olduqdan sonra ikili diplom proqramına necə qoşulmaq olar?”, “İngilis dilində tədris olunan ixtisaslar üçün hansı dil səviyyəsi tələb edilir?”, “Tələbələrin xarici universitetlərdə bir semestr təhsil almaq imkanları varmı?”, “Təcrübə proqramları hansı şirkətlərdə təşkil olunur?” və “Birinci kurs tələbələrinə hansı dəstək xidmətləri göstərilir?” kimi məsələlər maraqlandırıb.

Rektor və universitetin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirakçıların suallarını cavablandıraraq qəbul prosesi və tələbələr üçün yaradılan imkanlarla bağlı ətraflıməlumat veriblər.

Tədbirin rəsmi hissəsi “AZIU himni”nin səsləndirilməsi ilə başa çatıb. Daha sonra abituriyentlər və valideynlər üçün universitet kampusu üzrə tanışlıq turu təşkil olunub. İştirakçılar Neft Muzeyi, Mineralogiya Muzeyi, Kibertəhlükəsizlik laboratoriyası, Azərbaycan–Türkiyə Dostluq Mərkəzi, Rəqəmsal Energetika laboratoriyası və Kitabxana-İnformasiya Mərkəzində yaradılan şəraitlə yaxından tanış olublar.

ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib
ADNSU-da abituriyentlər üçün "Açıq qapı" günü keçirilib