ADNSU-da Özbəkistanın ali məktəblərinin nümayəndələri ilə görüş keçirilib

30 Yanvar, 2026 - 20:00
ADNSU-da Özbəkistanın ali məktəblərinin nümayəndələri ilə görüş keçirilib

Yanvarın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin rektoru dosent Rüfət Əzizovun Özbəkistan Respublikasının bir sıra aparıcı ali təhsil müəssisələrinin nümayəndə heyəti ilə görüşü keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Andican Dövlət Tibb İnstitutu, Özbəkistan Geologiya Elmləri Universiteti, Ürgənc Dövlət Universiteti, Daşkənd Dövlət Nəqliyyat Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti, Mamun AMUN Universiteti və Buxara Universitinin rəhbər şəxsləri, eləcə də Özbəkistan Respublikası Təhsil Nazirliyinin əməkdaşı iştirak edib.

Görüş zamanı Azərbaycan, o cümlədən ADNSU-nun və Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə akademik əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadilə proqramlarının həyata keçirilməsi, müştərək elmi-tədqiqat layihələrinin işlənilməsi, elmi konfrans və forumlarda birgə iştirak imkanları diqqət mərkəzində olub.

Rektor Rüfət Əzizov ADNSU-nun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq universitetin xarici ali təhsil müəssisələri ilə təhsil, elm və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, bu cür görüşlər tərəflər arasında uzunmüddətli və dayanıqlı tərəfdaşlıq münasibətlərinin qurulmasına mühüm töhfə verir.

Özbəkistanlı nümayəndələr də öz növbəsində Azərbaycan ali təhsil müəssisələri ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək, mühəndislik, nəqliyyat, geologiya, tibb, jurnalistika və digər elmi istiqamətlər üzrə əməkdaşlıq imkanlarını yüksək qiymətləndiriblər.

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın gələcək mərhələləri üzrə əlaqələrin davam etdirilməsi, konkret istiqamətlər üzrə birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi və mübadilə proqramlarının genişləndirilməsi barədə razılığa gəliblər.