ADNSU-da “World Robot Caspian Cup 2026” haqqında infosessiya keçirilib

23 Dekabr, 2025 - 12:18
ADNSU-da “World Robot Caspian Cup 2026” haqqında infosessiya keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində robotexnika və texnologiya sahəsində beynəlxalq yarış olan “World Robot Caspian Cup 2026”ya həsr olunmuş infosessiya təşkil edilib.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, infosessiya çərçivəsində tələbə və gənc iştirakçılara yarışın məqsədi və formatı, kateqoriyalar üzrə tələblər, komanda tərkibi və qeydiyyat mərhələləri, eləcə də qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib. Eyni zamanda bu layihənin gənclərə qazandırdığı praktiki təcrübə, şəbəkələşmə imkanları və texnoloji bacarıqların inkişafına verdiyi töhfələr müzakirə olunub.

Qeyd edilib ki, “World Robot Caspian Cup” robotexnika və innovasiya sahəsində komanda əsaslı beynəlxalq texnologiya yarışıdır. İştirakçılar robot, dron və RC əsaslı həllər hazırlayaraq real tapşırıqlar üzərində performanslarını nümayiş etdirirlər. Tədbir çərçivəsində startaplar üçün ayrıca yarışma da nəzərdə tutulur.

Yarışın 27-28 iyun tarixlərində keçirilməsi planlaşdırılır. Son qeydiyyat tarixi isə 15 yanvar 2026, saat 23:59-dur.

Yarışda iştirak etmək istəyənlər bu link vasitəsilə müraciət edə bilərlər.