ADPU-da intellektual festival keçirilib

12 May, 2026 - 10:25
ADPU-da intellektual festival keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “BrainXfest” intellektual festivalı keçirilib. Festival “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq” və “Kvartet” formatları üzrə intellektual yarışlardan ibarət olmaqla 3 mərhələdə keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, festival “Nə? Harada? Nə zaman?” intellektual yarışı ilə başlayıb. Bu mərhələdə ADPU-nun müxtəlif fakültələri ilə yanaşı, filial və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrindən təşkil olunmuş ümumilikdə 26 komanda iştirak edib. Mərhələnin sonunda I pillədə qərarlaşan “Fajitas mı cacık mı” komandası diplomla təltif olunub. Bu mərhələdə ən yaxşı nəticə göstərən 16 komanda “Breyn Rinq” mərhələsinə vəsiqə qazanıb.

“Breyn Rinq” mərhələsində püşkatma nəticəsində komandalar cütlüklərə bölünüblər və onlar arasında 1/4 final və yarımfinal görüşləri baş tutub. Mərhələnin yekununda 4 komanda finala vəsiqə əldə ediblər.

“Kvartet” tipli finalın sonunda “Power puffy girls” komandası bütün təqiblərini qabaqlayaraq festivalın qalibi adını qazanıb. “Mən demişdim” komandası II, “Perry” komandası III yerin sahibi olub.

Festivalın sonunda qalib komandalar diplom, medal və kubokla mükafatlandırılıb. IV yerə layiq görülən komandaya isə sertifikat təqdim olunub.

ADPU-da intellektual festival keçirilib
ADPU-da intellektual festival keçirilib
ADPU-da intellektual festival keçirilib
ADPU-da intellektual festival keçirilib