Ali məktəblərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

17 Avqust, 2026 - 18:11
Ali məktəblərə imtahansız qəbul olunanların sayı

Məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

DİM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, artıq 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticələrə əsasən, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 104 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.

98 nəfər isə idman istiqaməti üzrə müvafiq ixtisaslara qəbul olunub.

Beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB, AP), SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi qəbul olanların sayı və qəbul olunduqları ixtisaslar

İdman istiqaməti üzrə müsabiqədənkənar qəbula dair məlumatlar