Ali məktəbə qəbul olanların sayında artım - 4 ildə 18 faiz yüksəliş
Son dörd il ərzində bakalavriat səviyyəsində faktiki tələbə qəbulu 18 faiz artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2025–2026-cı tədris ilində bu təhsil səviyyəsi üzrə 63 025 plan yerindən 60 860 nəfər ali təhsil müəssisələrinə qəbul olub ki, bu da plan yerlərinin 96,6 faizinin faktiki olaraq dolduğunu göstərir.
Əsas (baza ali) tibb təhsili səviyyəsində isə faktiki qəbul xüsusilə yüksək olub. 2025–2026-cı tədris ilində 1182 plan yerinin hamısı dolub və faktiki qəbul 100 faiz səviyyəsində təmin edilib. Bu təhsil səviyyəsində qəbul olunan tələbələrin 1127 nəfəri (95 faizdən çoxu) dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib.



