ARTİ rəsmiləri PISA-nın İdarəetmə Şurasının növbəti iclasına qatılıblar

13 Aprel, 2026 - 14:40
ARTİ rəsmiləri PISA-nın İdarəetmə Şurasının növbəti iclasına qatılıblar

8-10 aprel tarixlərində Braziliyanın paytaxtı Brazilia şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) İdarəetmə Şurasının 61-ci görüşü keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə PISA 2025 və PISA 2029 üzrə görülən işlər, əlaqəli layihələr və proqramın gələcək inkişaf istiqamətləri müzakirə olunub. Bununla yanaşı, PISA 2025 nəticələrinin təhlili və hesabatlılıq işləri, ölkələrin nəticələri ictimaiyyətə açıqlamağı ilə bağlı planlar, “Rəqəmsal dünyada öyrənmə” innovativ modulu, 2027-2028-ci illər üzrə iş proqramı və büdcə ilə bağlı məsələlər, PISA mandatının növbəti dövr üçün yenilənməsi, yeni iştirak modeli, PISA 2029 çərçivəsində media və süni intellekt savadlılığı, oxu sahəsi üzrə yenilənmiş çərçivə, eləcə də tədqiqat, inkişaf və innovasiya proqramı üzrə məsələlər müzakirə olunub.

Görüşdə ARTİ-nin direktor əvəzi Elnur Əliyev və qurumun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı iştirak ediblər.