ARTİ rəsmisi: Qiymətləndirmə idarəetmə üçün əsas arqumentdir
“Dəyərləndirmənin əsas məqsədi ölçmə nəticələrinə əsaslanaraq mövcud vəziyyəti təhlil etmək və bu nəticələrdən çıxış edərək inkişaf və idarəetmə istiqamətində düzgün qərarlar verməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, ARTİ-nin direktor müavini Fuad Qarayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxış edib.
O vurğulayıb ki, qiymətləndirmə prosesində etibarlılıq, şəffaflıq və ədalətlilik əsas prinsiplər olmalıdır. Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmə proqramları – PISA, PİLS və TIMSS kimi tədqiqatlar təhsil sistemində kurikulumların və tədris metodologiyasının təkmilləşdirilməsinə mühüm töhfə verir.
Fuad Qarayev əlavə edib ki, qiymətləndirmə cəza və ya hökm vermək vasitəsi deyil, əksinə idarəetmə üçün əsaslandırılmış arqument rolunu oynayır.



