ASA əməkdaşları beynəlxalq nəşrin həmmüəllifi olublar

7 Oktyabr, 2026 - 11:41
ASA əməkdaşları beynəlxalq nəşrin həmmüəllifi olublar

Azərbaycan İdman Akademiyasının (ASA) rektorunun əlavə təhsil üzrə müşaviri professor Fırat Hüseynov, İdman tibbi tədqiqatları laboratoriyasının baş mütəxəssisi Hakim İbrahimov və Fərdi idman növləri kafedrasının baş müəllimi Qılınc Əhmədovun həmmüəllifi olduqları “Physical Education in Public Schools of Azerbaijan” adlı fəsil “Innovations in Physical Education: Research – Best Practices – Situation” kitabında dərc edilib.

Akademiyadan"Azərbaycan müəllimi"nə verilən məlumata görə, Fiziki Tərbiyə və İdman Təhsili üzrə Beynəlxalq Federasiyanın təşkilatçılığı ilə nəşr olunan kitabda 25 ölkədən 96 müəllifin iştirakı ilə bədən tərbiyəsi sahəsində aparılan tədqiqatlar, qabaqcıl təcrübələr və müxtəlif ölkələrdə mövcud vəziyyətə dair materiallar yer alıb.

ASA əməkdaşları beynəlxalq nəşrin həmmüəllifi olublar