ATU PLMO 2026 beynəlxalq konfransına ev sahibliyi edib

21 May, 2026 - 14:32
ATU PLMO 2026 beynəlxalq konfransına ev sahibliyi edib

18 may 2026-cı il tarixlərində Bakıda açılışı keçirilən “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə V Beynəlxalq Konfrans” (PLMO 2026) Gəncədə - Azərbaycan Texnologiya Universitetində öz işini davam etdirib.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, konfrans Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu, Polşa Respublikasının Sileziya Texnologiya Universiteti, Çin Xalq Respublikasının Guancou Universiteti, Gürcüstan Respublikasının Texniki Universiteti və Özbəkistan Respublikasının Daşkənd Dövlət Nəqliyyat Universitetinin həmtəşkilatçılığı ilə keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Bildirib ki, “Şərq-Qərb” nəqliyyat dəhlizi region ölkələri arasında iqtisadi, elmi və texnoloji əməkdaşlığın genişlənməsində mühüm strateji əhəmiyyət daşıyır. Rektor qeyd edib ki, qlobal logistika sistemində baş verən dəyişikliklər fonunda nəqliyyat və idarəetmə sahəsində innovativ yanaşmaların tətbiqi, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi və elmi tədqiqatların istehsalatla inteqrasiyası xüsusi aktuallıq kəsb edir. Yaşar Ömərov universitetlərin beynəlxalq elmi platformalarda fəal iştirakının, təcrübə mübadiləsinin və ortaq layihələrin gələcək inkişaf baxımından mühüm rol oynadığını da vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktoru Elxan Səbziyev çıxış edib. O nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri, rəqəmsallaşma və beynəlxalq elmi əməkdaşlıq haqqında danışaraq bölmənin işinə uğurlar arzu edib.

Açılış hissəsində Sileziya Texnologiya Universitetinin “Nəqliyyat problemləri” jurnalının baş redaktoru Aleksander Sladkovski və ATU-nun Mexanika və nəqliyyat texnologiyaları kafedrasının müdiri Şahin Quliyev məruzə ilə çıxış ediblər.

Daha sonra konfrans alt bölmədə müxtəlif elmi məruzələrin təqdimatı ilə davam edib.

Konfransda müxtəlif ölkələrdən ATU-ya gələn 50-yə yaxın xarici alim və tədqiqatçı da iştirak edib. Tədbir zamanı logistika, nəqliyyat və idarəetmə sahələrində müasir çağırışlar, innovativ yanaşmalar və regional əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb

ATU PLMO 2026 beynəlxalq konfransına ev sahibliyi edib
ATU PLMO 2026 beynəlxalq konfransına ev sahibliyi edib
ATU PLMO 2026 beynəlxalq konfransına ev sahibliyi edib
ATU PLMO 2026 beynəlxalq konfransına ev sahibliyi edib
ATU PLMO 2026 beynəlxalq konfransına ev sahibliyi edib
ATU PLMO 2026 beynəlxalq konfransına ev sahibliyi edib