Avropa Qızlar İnformatika Olimpiadasına seçmə imtahanı keçirilib

14 Aprel, 2025 - 17:19
Avropa Qızlar İnformatika Olimpiadasına seçmə imtahanı keçirilib
Avropa Qızlar İnformatika Olimpiadasına seçmə imtahanı keçirilib

12-13 aprel tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində 14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçiriləcək Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2025) ölkəmizi təmsil edəcək komandaya seçmə imtahanı təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Seçmə imtahanına Avropa Qızlar İnformatika Olimpiadasının keçən tədris ilindəki və hal-hazırda şagird olan komanda üzvləri ilə yanaşı bu il RFO-da yuxarı yaş qrupu üzrə finala yüksəlmiş bütün qızlar, aşağı yaş qrupu üzrə isə 100-dən yuxarı bal toplayan finalçı qızlar dəvət ediliblər. 2 gün keçirilən seçmə imtahanının nəticəsi olaraq bu il ölkəmizi təmsil edəcək komanda üzvləri artıq məlumdur və aşağıdakı kimidir:Ad, soyad, ata adı  SinifMəktəb1Rahidil Bayramlı Səbuhi qızı10Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey2Ayan Kərimova Xəyyam qızı11Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey3Leyla Hacızadə Vasif qızı11Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey4Aytən İskəndərova Ramil qızı10Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey

 

2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 90-a çatıb.