Azərbaycan ali məktəblərin reytinqində region üzrə liderdir

11 Sentyabr, 2025 - 10:40
Azərbaycan ali məktəblərin reytinqində region üzrə liderdir
Azərbaycan ali məktəblərin reytinqində region üzrə liderdir

Ölkə tarixində ilk dəfə 6 ali təhsil müəssisəsi “QS 2026: dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə top-1000-ə daxil olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.

Nazir qeyd edib ki, ümumilikdə 9 ali təhsil müəssisəsi "QS 2026" qlobal reytinqində yer alıb:

"2024-cü ildə ilk dəfə 2 Azərbaycan universiteti “Times Higher Education” reytinqində yer alıb. 2025-ci ildə bu sayın 4-ə yüksəlməsi gözlənilir".