Azərbaycan beynəlxalq universitet reytinqlərində regionun lideridir

18 İyun, 2026 - 12:08
Azərbaycan beynəlxalq universitet reytinqlərində regionun lideridir

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin açıqladığı “QS Dünya Universitetləri Reytinqi 2027”nin nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqazda ən çox universitetlə təmsil olunan ölkə olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, reytinqdə Azərbaycandan 10 universitet yer alıb. Bu göstərici Cənubi Qafqaz regionunun digər iki ölkəsinin birlikdə təmsil olunan universitetlərinin sayından 2,5 dəfə çoxdur. Bu nəticə Azərbaycanın ali təhsil sahəsində regionun aparıcı ölkəsi kimi mövqeyini daha da gücləndirdiyini göstərir.

Qeyd edək ki, Azərbaycan universitetləri həm təmsilçilik baxımından, həm də əldə etdikləri nəticələrə görə son illərdə regionda ən sürətli inkişaf nümayiş etdirən ali təhsil sistemlərindən birinə çevrilib.