Azərbaycan dili imtahanının II cəhdi bu tarixdə keçiriləcək

12 May, 2026 - 12:42
Azərbaycan dili imtahanının II cəhdi bu tarixdə keçiriləcək

Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdinin vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdi 21 iyun tarixində keçiriləcək.

İmtahan üçün qeydiyyat isə 25 may-2 iyun tarixlərində aparılacaq.