Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Bolu Abant İzzet Baysal Universitetində Beynəlxalq Tələbə Gününə həsr olunmuş tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, ilk olaraq universitetin prorektoru Prof. Dr. Kaya Yıldız ilə azərbaycanlı tələbələr və Azərbaycan ali təhsil müəssisələri ilə mümkün əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində qurulan Azərbaycan stendini ziyarə edən universitet rektoru cənab Prof. Dr. Faruk Yiğit və Səfirliyimizin təhsil məsələləri üzrə müşaviri cənab Müjdat Həsənov bir qrup azərbaycanlı tələbələrlə görüşüb.




