Azərbaycan və Ukrayna tibb elmi sahəsində əməkdaşlıq edəcək – Saziş təsdiqləndi

10 Avqust, 2026 - 14:40
Azərbaycan və Ukrayna tibb elmi sahəsində əməkdaşlıq edəcək

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Saziş 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanıb.