Azərbaycanda daha çox hansı ölkələrin vətəndaşları ali təhsil alırlar?
2025/2026-cı tədris ilinin əvvəlinə olan məlumata görə, ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı, 115 xarici ölkədən 8,8 min nəfər tələbə təhsil alıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar–dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı yaydığı məlumatda öz əksini tapıb.
İlkin məlumatlara əsasən, əcnəbi tələbələrin sırasında Türkiyə, Rusiya, Gürcüstan, İran, Pakistan, Hindistan, Suriya, Qazaxıstan və Çin vətəndaşları üstünlük təşkil edib.



